Bu saytın dizaynı, şəkilləri, loqoları, fotoları və məzmunu ilə bağlı hüquqlar LeapMotor
Şirkətinə məxsusdur. Onlar müəllif hüquqları, ticarət markaları və digər əqli mülkiyyət
hüquqları ilə qorunur. Siz LeapMotor Şirkətinin yazılı razılığı olmadan bu saytın hər hansı
bir hissəsini kopyalaya, təkrar hazırlaya, dəyişə, paylaşdıra, təkrar dərc edə, nümayiş
etdirə, yerləşdirə və ya ötürə bilməzsiniz.
Öhdəlik
Biz məzmunun tam şəkildə dəqiqliyini təmin etməyə çalışırıq. Belə ki, sizin tərəfinizdən
məzmundan istifadəyə görə hər hansı bir məsuliyyət öz üzərimizə götürmürük. Bu saytın
məzmunundan yalnız məlumat məqsədilə istifadə edilməlidir və siz hər hansı bir qərar qəbul
etmək (və ya qərar qəbul etməmək) və ya hər hansı bir tədbir görmək (və ya tədbir görməmək)
üçün ona arxalanmamalısınız. Xüsusən də, bu veb səhifəsində göstərilən avtomobil
spesifikasiyaları LeapMotor Şirkətinin Marketinq Şöbəsi tərəfindən saxlanılan ən son mövcud
məlumata əsaslanır və lazım gəldiyi halda bu məlumat dəyişdirilə bilər. Həmçinin, təkrar
hazırlanan rənglər və işləmələr avtomobillərin öz üzərində olan faktiki rənglərdən fərqlənə
bilər. Biz sizə Babək pr., Babək Plaza, Bakı 1025 ünvanına yerləşəm LeapMotor Şirkəti
dilerinə gedib avtomobillərə şəxsən baxmağı qəti olaraq tövsiyyə edirik.
Sayt sizin şəxsi istifadəniz üçün nəzərdə tutulub və hər hansı kommersiya məqsədləri üçün
istifadə edilə bilməz. Nəticə etibarilə, LeapMotor şirkəti heç bir halda sizin gəlir
itkiləriniz ilə bağlı məsuliyyət daşımayacaq.
LeapMotor şirkəti sizin bu saytdan istifadə edə bilməməyinizə görə məsuliyyət daşımır.
LeapMotor Şirkəti saytın fasiləsiz olaraq xidmət göstərəcəyi və ya saytda xəta baş
verməyəcəyi barədə vəd vermir. LeapMotor Şirkəti bizim nəzarətimiz xaricində olan hər hansı
səbəbdən bu saytı sizə təqdim edə bilmədiyimiz halda məsuliyyət daşımayacaq.
Məzmun və reklamlar
Bu sayt həmçinin digər internet saytları və resurslarına linkləri və resurslardan məzmunu
təqdim edir. LeapMotor şirkəti bu saytlar və resurslar üzərində nəzarətə malik olmadığından
siz təsdiq edir və razılaşırsınız ki, LeapMotor şirkəti bu xarici saytlar və resurslara dair
heç bir məsuliyyət daşımır və bu saytlar və resurslarda mövcud olan hər hansı məzmun, reklam
məhsulu, xidmətlər və ya digər materiallar barədə məsuliyyət daşımır.
LeapMotor.az saytında sosial plaqinlərdən istifadə
Siz LeapMotor.az saytına ilk dəfə daxil olduqda bütün sosial plaqinlər (Facebook, Youtube,
Instagram, Twitter) standart tənzimləmələrlə aktiv olmur. Siz LeapMotor.az saytında sosial
şəbəkə düyməsini tıkladığınız zaman sosial plaqinlər sosial şəbəkələrə giriş parolu və giriş
icazəsi tələb edir. Siz bu tələbi təsdiq etdiyiniz halda, brauzer və sosial plaqinlər
arasında əlaqə, seçimləri dəyişərək və ya brauzer cookie –lərini silərək onu deaktiv
edənədək aktiv qalır.
LeapMotor Şirkəti tərəfindən idarə edilən Facebook səhifələri və sosial plaqinlərdən alınmış
sosial şəbəkə səciyyəli hərəkətlər istifadəçilərin sayt haqqında dəyərləndirmələrini görə
bilmək üçün, istifadəçilərin LeapMotor.az saytı haqqındakı fikirlərini bilmək üçün
LeapMotor.az saytında saxlanıla bilər. LeapMotor.az, sosial şəbəkələrdə hər hansı məxfi bir
məlumatı saxlamır.
Şərtlərə dəyişikliklərin edilməsi
LeapMotor şirkəti istənilən vaxt saytı və ya bu şərtləri dəyişə bilər. Əgər siz, LeapMotor
şirkəti şərtləri dəyişdikdən sonra saytdan istifadə edirsinizsə, yeni şərtlərlə bağlı
müvafiq öhdəlik daşıyacaqsınız.
Cookie faylları (müştəri sistemində saxlanan identifikasiya faylları) ilə bağlı qaydalar
Media Reklamına (Google Analytics Demoqrafik göstəricilər və maraqlar kateqoriyası)
əsaslanaraq biz Google Analytics xüsusiyyətlərini tətbiq etmişik. Siz Media Reklamı üçün
Google Analytics –dən imtina edə və Reklam tənzimləmələrindən istifadə edərək Google Displey
Şəbəkəsi reklamlarını quraşdıra bilərsiniz. Bundan əlavə, siz Goolge Analytics tərəfindən
izlənməni deaktiv etmək üçün Google Analytics Opt-Out Browser Add-on istifadə edə
bilərsiniz. Biz Google Analytics Demoqrafik göstəricilər və maraqlar kateqoriyası tərəfindən
təmin edilən məlumatdan istifadəçilərimizin maraqları çərçivəsində sayt və onun məzmununu
qurmaq məqsədilə istifadə edəcəyik.